logo
Cəlilabad və Lerikdə yeni inşa edilən məktəb binaları istifadəyə verilib

Cəlilabad və Lerikdə yeni inşa edilən məktəb binaları istifadəyə verilib

Cəlilabad və Lerikdə yeni inşa edilən məktəb binaları istifadəyə verilib Cəlilabad və Lerikdə yeni inşa edilən məktəb binaları istifadəyə verilib

Sentyabrın 15-də Cəlilabad rayonunda 5, Lerik rayonunda isə 1 yeni inşa edilən məktəb binasının açılış mərasimləri keçirilib.

Açılış mərasimlərində Cəlilabad və Lerik rayon icra hakimiyyətlərinin başçıları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, qazilər və şəhid ailələrinin üzvləri, kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.

Çıxış edənlər Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı kadrlar hazırlanması yolunda kollektivə uğurlar arzulayıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Bu istiqamətdə regionlarda da təhsilin inkişafı sahəsində layihələr icra olunur, dövlət proqramları həyata keçirilir, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələri tikilir və təmir olunur.

Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabadda inşa edilən 96 şagird yerlik Əsədli kənd tam orta, 96 şagird yerlik Sarxanlı kənd ümumi orta, 96 şagird yerlik Moranlı kənd ümumi orta, 80 şagird yerlik Həsənli kənd ümumi orta və 80 şagird yerlik Vənlik kənd ümumi orta məktəbin modul tipli binaları istifadəyə verilib. Lerik rayonu Anburdərə kənd ümumi orta məktəbin binası isə 56 yerlikdir və məktəbdə 7 sinif otağı şagirdlərin ixtiyarındadır.

footer
Top