Qax Dövlət Kukla Teatrı sentyabrın 15-də, 51-ci teatr mövsümünün açılış günündə uşaqlara Osman Abdullayevin “Tülkü və quyruq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib. Rejissor Araz Mehrablının quruluş verdiyi tamaşanın rəssamı Qoşqar Fətəliyev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda teatrda 2023-cü ilin repertuar planına daxil edilən iki əsər – Astrid Lindqrenin “Uzuncorab Peppi” və Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsərləri əsasında səhnələşdirilən tamaşalar üzərində məşqlər davam etdirilir.