https://innews.media/uploads/news/2023-09/_innews_6f597dda4de8539c2d9dd7e5c_o.jpg
Xəzər dənizində zəlzələ olub.
innews.media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, sentyabrın 17-də, yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 4,6 maqnitudada baş verib, zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.