logo
Paytaxtda 481 000-dən çox şagird, 28 000-dən çox müəllim #SalamMəktəb deyir!

Paytaxtda 481 000-dən çox şagird, 28 000-dən çox müəllim #SalamMəktəb deyir!

Paytaxtda 481 000-dən çox şagird, 28 000-dən çox müəllim #SalamMəktəb deyir! Paytaxtda 481 000-dən çox şagird, 28 000-dən çox müəllim #SalamMəktəb deyir!

Yeni dərs ili bilik əldə etməyə, öyrənməyə və gələcəyə doğru bir addım da yaxınlaşmaq deməkdir. Vətənə, xalqa layiqli vətəndaş, savadlı, intellektual gənclik yetişdirdiyi üçün hamılıqla #SalamMəktəb deyirik!

Əziz müəllimlər, şagirdlər və hörmətli valideynlər. Hər birinizə uğur, müvəffəqiyyət dolu, səmərəli tədris ili arzulayırıq!

- BŞTİ-nin tabeliyində 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

- 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

- BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

- BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

- Təhsil infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edir.

- Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Bu tədbirlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2023-2024-cü tədris ilinə hazırlıq:

- 1 ümumi təhsil məktəbində əsaslı təmir və tikinti işləri aparılır.

- 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır.

- 50 ümumi təhsil məktəbində cari təmir işləri aparılıb.

- 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb.

- 3 ümumi təhsil müəssisəsində əsaslı təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

 

- 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində sentyabrın 15-də ilk dərs günü “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

Dərsliklə təminat

- Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtakı təhsil müəssisələri dərsliklərlə təmin olunub. BŞTİ-nin tabeliyindəki təhsil müəsissələri üçün 1 854 703 ədəd dərslik yerlərə çatdırılıb.

2023-2024-cü tədris ilinin hədəfləri

- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə” öz əksini tapıb. Bu çərçivəyə uyğun olaraq “XXI əsrin tələblərinə uyğun təhsil” növbəti dövrlər üçün təhsilin məqsədi olaraq müəyyən edilib və qarşıdakı illərdə təhsildə başlıca hədəflər olaraq yer alıb.

- Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, “ömürboyu təhsil” sisteminin gücləndirilməsi, rəqəmsal səriştələrin artırılması və s. istiqamətlərin hər biri qarşımızda duran hədəflərdir. Həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda vurğulandığı kimi, ümumi təhsildə səriştəəsaslı məzmunun tətbiq olunması, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqeyin yaxşılaşdırılması, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması, təhsilalanlara rəqəmsal biliklərin aşılanması və digər istiqamətlər qarşımızdakı məqsədlərimizdəndir.

- Ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın daşıyıcısı olan təhsil müəssisələrimizdə Azərbaycan dilinin tədrisi işininin daha da təkmilləşdirilməsi, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər istiqamətlər də əsas məqsədlərdəndir.

footer
Top