https://innews.media/uploads/news/2023-09/_innews_6f8dc2f59a5f0eee7f965b04f_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası tərəfindən “15 sentyabr - Bilik Günü” adlı kitab sərgisi hazırlanıb. Sərgidə Azərbaycanın təhsil sistemi, təhsil tarixi, təhsilin inkişaf strategiyası və s. mövzularda 40-a yaxın kitab nümayiş olunur.
Sərgidə BDU-nun tarixi inkişaf yolundan, ölkəmizdə ali təhsil sisteminin qurulmasında və elmin tərəqqisində oynadığı müstəsna rolundan bəhs edən “Bakı Dövlət Universiteti – 100 ilin elm və təhsil məbədi”, “Bakı Dövlət Universiteti – elmi fəaliyyət və uğurlar” adlı nəşrlər də nümayiş edilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin