logo
"Rabitəbank"ın həmkarları üçün Strateji Liderlik mövzusunda təlim keçirilib

"Rabitəbank"ın həmkarları üçün Strateji Liderlik mövzusunda təlim keçirilib

"Rabitəbank"ın həmkarları üçün Strateji Liderlik mövzusunda təlim keçirilib "Rabitəbank"ın həmkarları üçün Strateji Liderlik mövzusunda təlim keçirilib

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu “Rabitəbank”ın həmkarları üçün Strateji Liderlik mövzusunda təlim keçirib.

Təlim ADA Universitetinin icraçı prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun Direktoru Fariz İsmayılzadə və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev tərəfindən keçirilib.

“Rabitəbank”ın 20 əməkdaşının iştirak etdiyi təlim strategiyanın hazırlanması və təşkilatlarda tətbiqinə həsr olunan sessiya ilə öz işinə başlayıb. Fariz İsmayılzadə tərəfindən keçirilən sessiyada strateji liderliyin müxtəlif aspektləri, təşkilatlarda strategiyaların qurulması və həyata keçirilməsi, o cümlədən Azərbaycan biznesində strateji baxışın əhəmiyyəti müzakirə edilib. Fariz İsmayılzadə qeyd edib ki, strategiya sadəcə bir plan deyil, təşkilatı arzuladığı gələcək vəziyyətə doğru istiqamətləndirən yol xəritəsidir. Güclü strateji baxış bizneslərə öz məqsədlərinə cəmləşməyə və buna uyğun qərarlar qəbul etməyə kömək edir.
Sessiya zamanı Fariz İsmayılzadə strategiyanın formalaşmasında istifadə olunan "SWOT" (Güclü, Zəif tərəflər, İmkanlar, Təhdidlər) təhlil üsulundan bəhs edib.

Təlimin ikinci hissəsi Natiq Hacıyevin keçirdiyi sessiya ilə davam edib. Natiq Hacıyev "PESTEL" (Siyasi, İqtisadi, Sosial, Texnoloji, Ekoloji və Hüquqi) analizi kimi təhlil üsullarına toxunub. Bundan əlavə, o, mürəkkəblik dövründə situasiyanı başa düşmək və aydın fəaliyyət planı hazırlamağın vacibliyini vurğulayıb. Natiq Hacıyev təlim zamanı iştirakçılara şirkətin strategiyasına uyğun biznes modelinin qurulmasını təklif edib.

Daha sonra iştirakçılara strategiyanın həyata keçirilməsinin strukturunu anlamağa kömək etmək üçün praktiki tapşırıq təqdim edilib. Təlim zamanı əhatə olunan əsas mövzulardan biri də işin strategiya ilə uzlaşdırılması və dizayn düşüncəsi yanaşması barədə olub.

Təlim qarşılıqlı müzakirə və sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, İnkişaf və Diplomatiya İnstitutu tərəfindən dövlət və özəl sektorda və akademik sferada peşəkarlar yetişdirilməsi və kadrların potensialının gücləndirilməsi məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media