logo
Vəzifəli şəxsin oğlu həbs edildi

Vəzifəli şəxsin oğlu həbs edildi

Vəzifəli şəxsin oğlu həbs edildi Vəzifəli şəxsin oğlu həbs edildi

Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılovun oğlu Şamil Cəfərzadə həbs edilib.

Məlumata görə, barəsində Cinayət Məcəslləsinin 178.3.3-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılan Ş.Cəfərzadə ilə bağlı məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, Şamil Cəfərzadədən dayısı Mamedov Farxad Salam oğlu şikayət edib. Rusiya vətəndaşı olan və Estoniyanın paytaxtı Tallin şəhərində yaşayan iş adamı bacısı oğluna verdiyi pulların geri qaytarılmasını tələb edib. Hazırda Bakı Şəhər Baş Polis İdarəsində cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, məlumatı ilk olaraq gununsesi.info saytı yayıb. Məlumata görə, F.Mamedov öz vəsaiti hesabına “Khazar Fish” MMC və “Onestyle” MMC-ni təsis edib. Onun dəstəyi ilə Şamil Cəfərzadə hər iki hüquqi şəxsin təsisçisi və direktoru olub. Şikayətçi bildirib ki, Ş. Cəfərzadə və atası Elçin İsmayılova 220 min ABŞ dolları verib. Amma 2018-2019-cu illərdə Şamil Cəfərzadə həmin vəsait hesabına şirkət üçün alınan yük maşınlarını sataraq əldə olunan vəsaiti talayıb. O, Bakı şəhərində mənzillər və avtomobillər alıb.

Şikayətdə qeyd olunub ki, YAP sədri isə oğlu ilə şirkətə məxsus avtomobillərdə dəfələrlə xarici ölkələrdə olub.

footer
Top