logo
İğdırdakı "Şuşa" məktəbəqədər təhsil müəssisəsi şagird qəbuluna hazırlaşır

İğdırdakı "Şuşa" məktəbəqədər təhsil müəssisəsi şagird qəbuluna hazırlaşır

İğdırdakı "Şuşa" məktəbəqədər təhsil müəssisəsi şagird qəbuluna hazırlaşır İğdırdakı "Şuşa" məktəbəqədər təhsil müəssisəsi şagird qəbuluna hazırlaşır

Türkiyənin İğdır şəhərinin Topçular məhəlləsində inşa olunmuş “Şuşa” uşaq bağçası (anaokul) yeni tədris ilinə tam hazırdır.

“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş bildirib ki, şəhərin mərkəzində, Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən “Şuşa” uşaq bağçasındakı Atatürkün büstü olan guşə, məktəbin adının yazıldığı lövhə və digər ehtiyaclar iş adamı Mehmet Sürkitin dəstəyi ilə tamamlanıb. Buna görə iş adamına minnətdarlıq ifadə edilib.

Mehmet Sürkit qeyd edib ki, türk xalqı üçün Azərbaycan Türkiyə kimi müqəddəs vətəndir. “30 ildir ki, işğal altında olan torpaqlarımızın geri alınmasını həsrətlə, ürək ağrısı ilə gözləyirdik. Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin, Türkiyə Cümhuriyyəti dövlətinin və Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi, Azərbaycan ordusunun qəhrəmancasına mübarizəsi nəticəsində 30 illik həsrət 44 gündə sona çatdı və Qarabağ öz azadlığına qovuşdu. Türkiyə və Azərbaycan liderləri Şuşanı mədəniyyət paytaxtı elan etdilər. Şuşamızın adının İğdırda yaşadılmasına öncüllük edənlərə təşəkkür edirəm”, - deyə iş adamı əlavə edib.

İğdır vilayətinin Milli Təhsil müdiri Sərvət Liveri deyib ki, 2023 – 2024-cü tədris ilindən şagird qəbuluna başlanılacaq, çünki “Şuşa” uşaq bağçasının mebel və digər avadanlıqla təchiz edilməsi prosesi başa çatıb.

Xatırladaq ki, uşaq bağçasına Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb. Baş redaktorun bununla bağlı İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və uşaq bağçasına “Şuşa” adının verilməsi barədə qərar qəbul edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media