https://innews.media/uploads/news/2023-08/_innews_b2a823cff5946d1c57217df54_o.jpg
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Biz Birlikdə Güclüyük!” yay düşərgəsində ölkənin tanınmış simaları iştirakçıların qonağı olurlar.
Düşərgənin beşinci günündə uşaqlarla görüşən Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner, teatr və kino rəssamı Gülnarə Xəlilova, qızlara dəbin incəliklərindən, ölkəmizdə moda sənayesinin inkişafından danışıb. O, mədəniyyət və incəsənətimizin ayrılmaz elementi olan milli geyimlərimizin stilizasiyasından, düzgün nümayişi qaydalarından söz açıb, bu sahədə öz təcrübələrini bölüşüb.
Ən son xəbərləri səhifəmizdən də izləyin