https://innews.media/uploads/news/2023-08/_innews_a4fc82b58f2314f9801477214_o.jpg
22 avqust ölkəmizdə təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində qrup oyunları davam edir.
C qrupunda mübarizə aparan təmsilçimiz "Neftçi", ilk oyununda İtaliya millisinə 5-15 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Çinin "Yuanda" klubuna 16-14 hesabı ilə qalib gəlib. Qadın millimiz isə qrupun ilk oyununda Litva yığmasına 17-21 hesabı ilə məğlub olub. Onların qrupdakı sonuncu oyunu saat 21:55 -də Almaniya millisinə qarşı olacaq.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 23 avqust baş tutacaq 1/4 final oyunlarına vəsiqə qazanacaqlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin