logo
BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın diplomatik qələbəsidir

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın diplomatik qələbəsidir

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın diplomatik qələbəsidir BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın diplomatik qələbəsidir

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsinin Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi və ölkəmizin növbəti diplomatik uğurudur. Ermənistan yenə də ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etdi və daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın diplomatik gücünün bir daha şahidinə çevrildi. Onu da qeyd edək ki, bu, Fransa və Ermənistanın növbəti iflasıdır. Belə ki, ötən ilin dekabrında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılmasına cəhd göstərilsə də, nəticəsiz qalmışdı. Təbii ki, Ermənistanın bu əsassız təbliğatları, yalanları, beynəlxalq ictimaiyyətin diqqətini məsələnin əsl mahiyyətindən yayındırmaq cəhdləri bizə 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıq yaratsa da keçmişdə yaşananlar, eyni zamanda, dünyada ədalət və beynəlxalq hüquq prinsiplərinin hansı şəkildə tətbiq edildiyi və qorunduğu unudulmur. İşğalçını adı ilə çağırmağın bəzi güclər üçün nə qədər “çətin” olmasına baxmayaraq, Ermənistana hərtərəfli dəstək belə qənaət yaradırdı ki, sanki təcavüzkarı müdafiə etmək beynəlxalq hüququn prinsipidir. Amma Azərbaycan keçmişdə qalan Qarabağ münaqişəsinin həllində vacib amillərdən bəhs edərkən beynəlxalq dəstəyi önə çəksə də bununla kifayətlənmədi, əksinə, daxildə daha da möhkəmləndi və tarixi ədaləti öz gücünə bərpa etdi.

Müəllif: Rüxsarə Atayeva

Göygöl şəhər 3 nömrəli tamorta məktəbin direktoru

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media