https://innews.media/uploads/news/2023-08/_innews_af0fbb7893ec9d58adb2cde15_o.jpg
“Vətəndaşların telefonlarına zəlzələ ilə bağlı gələn məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
O qeyd edib ki, zəlzələ Türkmənistan ərazisində baş verib.
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Türkmənbaşı şəhərindən 52 kilometr şimalda, Bakı şəhərindən 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.



Ən son xəbərləri səhifəmizdən də izləyin