https://innews.media/uploads/news/2023-08/_innews_de273448b238d5cb63be8e0a7_o.jpg
Avqustun 16-da saat 08:30-da ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonunun sakini Sədaqət Dadaşova qəfil qatarın yoluna çıxıb. Maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.
ADY-dən innews.media bildirilib ki, xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır.
ADY piyadaları dəmir yolu xətlərindən keçərkən mütləq şəkildə mənzillərdə quraşdırılmış xüsusi keçidlərdən istifadə etməyə çağırır.
Ən son xəbərləri səhifəmizdən də izləyin