https://innews.media/uploads/news/2023-08/_innews_6f28911ecccae5bfd6bb80084_o.jpg
Artmaqda olan sərnişin tələbatını nəzərə alaraq "Azərbaycan Dəmir Yolları" QSC həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Əlavə qatar reysləri 12-13 avqust tarixlərini əhatə edəcək. Belə ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.
Bilet almaq üçün https://ticket.ady.az/
Ən son xəbərləri səhifəmizdən də izləyin