logo
Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdi ABŞ universitetinin təqaüdünü qazanıb

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdi ABŞ universitetinin təqaüdünü qazanıb

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdi ABŞ universitetinin təqaüdünü qazanıb Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdi ABŞ universitetinin təqaüdünü qazanıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Radiasiya Problemləri İnstitutunun birgə dəstəyi ilə Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdi Cəfərov Mirziya “İnnovativ qeydedici əsasında radiasiya detektorunun işlənilməsi” adlı layihə ilə 2023-cü ildə keçirilən “Sabahın alimləri” müsabiqəsinə qatılmışdır.

Müsabiqədə, ərazinin radiasiya fonunu təyin etmək üçün Heyger-Müller sayğacı və “Arduino nano” proqramlaşdırıla bilən sxemi əsasında radioaktiv şüaları qeyd edən detektor sistemi təqdim edilmişdir. Təqdim edilən detektor blokunun elektronik hissələri “İnnovative Electronics and Detectors” MMC (INE&DET) ilə birgə əməkdaşlıq nəticəsində hazırlanmışdır. Qurğu kompakt və zərbəyə davamlı qurluşa malikdir və ətraf mühitin radiasiya fonunun təyinin operativ şəkildə həyata keçirməyə imkan verir. Aparıcı mütəxəssiz Arzu Məmmədlinin rəhbərliyi ilə Mirziyanın apardığı elmi tədqiqatlar Respublika və beynəlxalq konfranslarda təqdim edilmişdir və nəticədə, o, dünyanın TOP-500 universitetləri arasında yer alan ABŞ-ın “University of Massachusetts Amherst” universitetinin taqaüdünü qazanmışdır.

Mirziya Cəfərov təhsilini “Tətbiqi fizika” ixtisası üzrə davam edəcəkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media