logo
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə 5-6 avqust tarixlərinə əlavə qatar reysləri təyin edilib.

Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, qeyd edilən tarixlərdə, şənbə və bazar günləri saat 08:25-də qatarlarımız Bakı Dəmiryol Vağzalından Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafa Dəmiryol Vağzalından Bakı şəhərinə yola düşəcək.

Bundan başqa ənənəvi qrafiklə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız hər gün saat 08:45-də Bakıdan Ağstafaya, əks istiqamətdə isə saat 18:15-də Bakıya yola düşür.

Bilet almağa tələsin! https://ticket.ady.az

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media