logo
"Red Bull" komandası yeni rekorda imza atıb

"Red Bull" komandası yeni rekorda imza atıb

"Red Bull" komandası yeni rekorda imza atıb "Red Bull" komandası yeni rekorda imza atıb

“Red Bull” komandasının ikiqat dünya çempionu Maks Ferstappen Macarıstan Qran-Prisində qalib olmaqla, yeni rekorda imza atıb.

Niderlandlı pilotun bu uğuru Avstriya təmsilçisinin ardıcıl 12-ci qələbəsi olub. Bu da komandanın tarixində ən yaxşı nəticədir.

Qeyd edək ki, “Red Bull” komandası ötən dünya çempionatının sonuncu mərhələsi – Əbu-Dabi Qran-Prisindən sonra heç vaxt məğlub olmayıb. Cari mövsüm komanda 11 mərhələnin hamısında qalib gəlib. Belə ki, meksikalı Serxio Peres iki, Ferstappen isə doqquz dəfə yarışın ən yaxşısı olub.

footer
Top