https://innews.media/uploads/news/2023-07/_innews_6d0530aeb6a9b1dd62bae7ef0_o.jpg
Bakı Mühəndislik Universitetinin (BMU) iki tələbəsi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində ilk iş təcrübəsinə başlayıb. Sözügedən mərkəzdə istehsalat təcrübəsi keçən BMU-nun İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisasının tələbələri - Mənəf Nəbiyev və Rəhman Sultanlı təcrübədən sonra işlə təmin olunublar.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində BMU-nun müxtəlif ixtisaslar üzrə 20 tələbəsi 16 fevral - 24 may 2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsində olublar. Tələbələrdən beşi nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində təcrübə keçib.
Ən son xəbərləri səhifəmizdən də izləyin