logo
Bu ilin 6 ayı ərzində 8200-dən çox 18 yaşadək əlilliyi olan şəxsə  reabilitasiya xidmətləri göstərilib

Bu ilin 6 ayı ərzində 8200-dən çox 18 yaşadək əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Bu ilin 6 ayı ərzində 8200-dən çox 18 yaşadək əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib Bu ilin 6 ayı ərzində 8200-dən çox 18 yaşadək əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində cari ilin yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 8227 şəxsə  reabilitasiya xidmətləri göstərilib.

Onlardan 4504-nə ambulator, 835-nə stasionar, 2525-nə onlayn, digərlərinə isə sosial-psixoloji, səyyar və digər formalarda reabilitasiya xidmətləri göstərilib.

Qeyd edək ki, hazırda Bakı və Qəbələdə 18 yaşadək əlilliyi olan şəxsi bərpa xidmətləri ilə təmin edən 3 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir.

Bu kateqoriyadan olan uşaqların reabilitasiya infrastrukturunun genişləndirilməsi istiqamətində Şəmkirdə 25 çarpayılıq uşaq reabilitasiya mərkəzinin tikintisi davam etdirilir, Quba və Ağcabədidə isə yeni mərkəzlərin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media