logo
Avropa İttifaqı ilk Avropa Kulinariya Festifalını təşkil edir

Avropa İttifaqı ilk Avropa Kulinariya Festifalını təşkil edir

Avropa İttifaqı ilk Avropa Kulinariya Festifalını təşkil edir Avropa İttifaqı ilk Avropa Kulinariya Festifalını təşkil edir

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə birgə cari ilin 24 iyun tarixində Aquatic Palace, Avropa Oyunlar Parkında “Avropa Təamları” Kulinariya Festivalını keçirəcəkdir. Açıq havada keçiriləcək bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

Avropa mətbəxi haqqında daha çox öyrənmək, kulinariya ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyən hər kəsi 24 iyun saat 17:00-dan 21:00-dək Aquatic Palace, Avropa Oyunlar Parkı (Su İdman Kompleksinin arxası) “Avropa Təamları” Kulinariya Festivalına dəvət edirik. Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniya Səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər.

Tədbir zamanı Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş “Avropa Təamları” adlı kitabın təqdimatı keçiriləcək. Kitab Aİ-na 27 Üzv Ölkədən olan Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusudur. Kitabı Aİ Nümayəndəliyinin internet saytında elektron formatda da əldə etmək olar.   

“Qida Azərbaycan və bütün Avropa mədəniyyətində mühüm yer tutur. Avropada olduğu kimi burada da birgə nahar etmək ənənəsi xüsusilə təqdir olunur. Sizi Avropa mətbəxini dadmağa, kulinariya ənənələrini kəşf etməyə, sevdiklərinizlə bölüşəcəyiniz yeni təamlar kəşf etməyə dəvət edirik”, Aİ-nin Azərbaycandakı Səfiri Peter Mixalko bildirib.

Tədbir zamanı həm də Azeri Home Chef Facebook səhifəsində tədbirdən əvvəl təşkil olunmuş Avropa xörəklərinin kulinariya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Buraya qısa siyahıya alınmış müsabiqə iştirakçılarının hazırladıqları yeməklərin nümayişi də daxildir. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə davam edəcəkdir.

Avropa təamlarından zövq almaq üçün bizə qoşulun!

footer
Top