logo
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib

16 iyun 2023-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti, professor Gülbacı İmanovanın rəhbərliyi altında Azərbaycan Dövlət Xor Kapellasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər musiqi mədəniyyətimizin inkişafı, təqdimi nöqteyi-nəzərindən olduqca əhəmiyyətli və vacibdir. Dövlət Xor Kapellasının konsert proqramı da məhz musiqimizin inkişafına qiymətli töhfədir. Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.

Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru da iştirak edib. Qeyd edək ki, “Şəms” Uşaq Xorunun yaradıcısı, bədii rəhbəri və baş dirijoru Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevadır. “Şəms” uşaq xorunun maraqlı, zəngin, öz dünyalarına xas şıltaqlıqla ifa etdikləri repertuarı bu dəfə Xor Kapellası ilə bir səhnədə səsləndi. Böyük marağa səbəb olan balacalar tamaşaçılar tərəfindən xoş təbəssüm və aramsız alqışlarla qarşılanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media