logo
Növbəti həftə daha 5 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon”u qurulacaq

Növbəti həftə daha 5 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon”u qurulacaq

Növbəti həftə daha 5 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon”u qurulacaq Növbəti həftə daha 5 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (19-20.06.2023 və 22-24.06.2023  tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 10:00-dan 11:00-dək  Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü  saat 15:00-dan 16:00-dək  Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 10:00-dan 11:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 10:00-dan 11:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 6-ci  günü saat 10:00-dan 11:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media