logo
Ağstafada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş  hesabat konserti təşkil edilib

Ağstafada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti təşkil edilib

Ağstafada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti təşkil edilib Ağstafada 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti təşkil edilib

Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş  hesabat konserti təşkil edilib.

Konsertdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, idarənin  məsul əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İdarə rəisi Nurəddin Mehdiyev tədbirdə çıxış edərək müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb və qeyd edib ki, mədəniyyətin bütün sahələrinə, xüsusi ilə də musiqi sahəsinə böyük önəm verən Heydər Əliyevin göstərişi ilə Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, eləcə də muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzləri yaradılıb. Hal-hazırda Ulu Öndər Heydər Əliyevin layiqli davamcısı olan Prezident İlham Əliyevin  və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi daha da inkişaf etdirilir.

Hesabat konsertində məktəbin "Gülül" xor qrupu, xalq çalğı alətləri ansamblı, saz ifaçıları ansamblı, məktəbin şagirdlərindən respublika və beynəlxalq müsabiqələr laureatları Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media