logo
Azərbaycan Elm Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Elm Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Elm Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan Elm Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Elm Fondunda (AEF) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova Milli Qurtuluş Gününün dövlətimizin və xalqımızın taleyində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, bu Günün vətənini, xalqını sevən hər kəs üçün əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixi olduğunu qeyd edib.

M.İmanova müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib. Fondun icraçı direktoru 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladaraq 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, məhz Ulu Öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi. Onun sözlərinə görə, Azərbaycanın dünya birliyində yerinin daha da möhkəmlənməsi, stabil və inkişaf edən, vətəndaşını qoruyan ölkəyə çevrilməsi bu Günün önəmini daha da artıran amillərdəndir.

M.İmanova Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, artıq Azərbaycan xalqı Milli Qurtuluş Gününü Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində qalib xalq kimi qeyd edir. O, bu gün Azərbaycanın modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini və ölkəmizin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat, elm, təhsil, texnologiya, mədəniyyət, səhiyyədə sürətlə inkişaf etdiyini vurğulayıb.

İcraçı direktor Azərbaycan Elm Fondunun ölkəmizdə elm siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd edərək, Fondun qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəklədiyini diqqətə çatdırıb.

M.İmanova çıxışının sonunda AEF-in kollektivini xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Daha sonra tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Hyedər Əliyevin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söz açıblar. Çıxış edənlər Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media