https://innews.media/uploads/news/2022-05/_innews_511348b9fbee78b8391dcc906_o.jpg
McDonald’s-un Rusiyadakı biznesinin alıcısı hazırkı lisenziya sahibi Aleksandr Govordur.
innews.media “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
“Sövdələşmə çərçivəsində Govor McDonald’s restoranlarının bütün portfelini alacaq və yeni brend altında işlədəcək. 2015-ci ildən Govor McDonald’s-ın françayzeri olub və Sibirdə 25 restoranı idarə edib”, – relizdə deyilir.
Govorun aldığı restoranlar şəbəkəsinin yeni brend altında fəaliyyət göstərəcəyi bildirilir.