https://innews.media/uploads/news/2023-05/_innews_54b9b2acf52049d78ee9c94a8_o.jpg
BMT-nin İnkişaf Proqramı, İslam İnkişaf Bankı və İnkişaf naminə İslam Həmrəyliyi Fondu Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları üçün Kraudfandinq Akademiyasını elan edir
Yaxşı ideya və ya layihəniz var, lakin maliyyəniz yoxdur? Tadamon Kraudfandinq Akademiyası Azərbaycanda layihə təkliflərinin qəbulu üçün müsabiqə elan edir.
Vətəndaş cəmiyyəti təşkilatları (VCT) https://tadamon.community/cfa/azerbaijan səhifəsində öz kraudfandinq (kütləvi maliyyələşdirmə) kampaniyalarını necə yaratmağı və idarə etməyi öyrənmək üçün 31 may 2023-cü il tarixinədək müraciət edə bilərlər.
Tadamon Kraudfandinq Akademiyası vətəndaş cəmiyyəti təşkilatlarının öz layihələri üçün maliyyə vəsaitləri cəlb etmək məqsədilə uğurlu kraudfandinq kampaniyasının hazırlanması və keçirilməsi üzrə bacarıq və potensiallarını gücləndirən təlim proqramıdır. Proqramın məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının öz layihə və ideyalarını alternativ üsullarla maliyyələşdirmək, öz icmalarını qurmaq və genişləndirmək, öz layihələrini daha çox tanıtmaq və daha çox tərəfdaşlar və donorlarla işləmək üçün onları nou-hau ilə təchiz edərək gücləndirməkdir. Proqram Humanitar Liderlik Akademiyasının qlobal təlim platforması olan Kaya platforması ilə tərəfdaşlıq şəraitində icra olunacaq.
Tadamon Kraudfandinq Akademiyası “İİB – İİHF Yoxsulluğun Azaldılması üçün QHT-lərin Səlahiyyətlərinin Artırılması Proqramı” çərçivəsində həyata keçirilir. Proqram İslam İnkişaf Bankının idarə etdiyi İnkişaf naminə İslam Həmrəyliyi Fondu tərəfindən maliyyələşdirilir və BMTİP və digər strateji tərəfdaşlar tərəfindən icra olunur.
Seçilmiş VCT-lər Akademiyada iştirak edərək, uyğunlaşdırılmış və çevik kurrikulum əsasında e-təlim alətləri və üzbəüz təlimlər vasitəsilə kraudfandinq kampaniyası hazırlayacaq. Kurrikulum VCT-lərin təsirli innovativ layihələrini maliyyələşdirmək bacarıqlarını və qabiliyyətlərini gücləndirir və qrant əsaslı maliyyələşmədən maliyyə baxımından daha dayanıqlı alternativ maliyyələşmə üsullarına keçməyə imkan verir. Onlar dəyişiklik təşəbbüskarlarını dəstəkləyən icmaya qoşularaq, burada dünya səviyyəli milli və qlobal kraudfandinq, kopiraytinq, dizayn və sosial media ekspertlərinin təqdim etdiyi mentorluq dəstəyindən yararlanmaq imkanı əldə edəcək.
Proqram VCT-lərin alternativ maliyyələşmə mənbələrindən uğurla istifadə edə bilməsi üçün onların bacarıqlarını yaxşılaşdırmaq və ehtiyaclarına cavab vermək məqsədilə uyğunlaşdırılır. Maraqlı və fəal təlimi təmin etmək üçün nəzərdə tutulan modullar kampaniyanın və kommunikasiya strategiyasının yaradılmasından tutmuş, maliyyə hədəflərinin təyin olunması, cəlbedici hekayələrin nəqli və vizual materialların və videoların hazırlanmasına qədər kraudfandinq layihələrinin hazırlanmasındakı əsas addımları əhatə edir. Proqram kraudfandinq, media və ictimaiyyətlə əlaqələr, sosial mediada kopiraytinq, dizayn və bir çox digər sahələr üzrə milli və qlobal ekspertləri bir araya gətirir.
Öz layihə ideyanızla Akademiyada iştirak üçün müraciət etmək istəyirsinizsə, 31 may 2023-cü il tarixinədək, Tadamon platformasında təşkilatınızın profilində/hesabında ərizə formanızı doldura bilərsiniz.
Tadamon proqramı İslam Əməkdaşlığı Təşkilatına üzv olan 15-dən artıq ölkədə 400-dən artıq vətəndaş cəmiyyəti təşkilatının potensialını gücləndirib və iştirak edən təşkilatlar kraudfandinq vasitəsilə 2 milyon ABŞ dollarından artıq vəsait toplayıb.
Daha ətraflı məlumat əldə etmək üçün https://tadamon.community/ səhifəsinə daxil ola və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Facebook və ya team@tadamon.community.
Ən son xəbərləri səhifəmizdən də izləyin