2023-cü il müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib.
Həmin səbəblə ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu münasibətlə 21.05.2023-cü il tarixində Azərbaycan Real Aykido İdman Klubunun Ulu Öndər Heydər Əliyevin 100-illiyinə həsr olunmuş Real Aykido Özünümüdafiə sənəti üzrə 9-cu Beynəlxalq seminarı keçirildi. Seminarda beynəlxalq Real Aykido federasiyanın prezidenti, 7-ci dan qara kəmər ustası İqor Petroviç, sQazaxıstan Real Aykido Asossasiyasının prezidenti 5-ci dan qara kəmər ustası Artyom Zaxarenko və bir sıra xarici qonaqlar iştirak edirdi. Bununla yanaşı ölkəmizin rəsmiləri, tanınmış idman ustalar münsiflər sırasında idi. Münsif heyəti bu ilin ulu öndər Heydər Əliyevə həsr edilməsindən bəhs edərək Azərbaycan Real Aykido İdman Klububun təşəbbüsünü dəstəklədi və idmançılara uğurlar arzu etdilər. Beynəlxalq seminarın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində bir sıra yerli və xarici rəqslər həmçinin, idmançıların nümunəvi çıxışları sərgiləndi.
Daha sonra 7-ci dan qara kəmər ustası, Beynəlxalq Real Aykido federasiyasının prezidenti İqor Petroviç tərəfindən ustad dərsi keçirildi. Ustad dərsinin ardınca 300-dən çox idmaçı növbəti kəmər dərəcəsi uğrunda imtahanda iştirak etdi. Sonda Beynəlxalq federasiyanın prezidenti İqor Petroviç tərəfindən Azərbaycan Real Aykido İdman Klubunun Prezidenti, Beynəlxalq Real Aykido federasiyasının vitse-prezidenti 5-ci dan qara kəmər ustası, Fariz Abdullayevin rəhbərliyi altında ölkəmizdəki idmançıların yüksək səviyyədə yetişdirilməsi və mahiyyətli inkişafı səbəbi ilə Azərbaycanımız 6-cı dəfə Dünya birinciliynə layiq görüldü. Tədbirdə bir sıra xatirə şəkilləri də çəkildi.