logo
Parisdə Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir

Parisdə Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir

Parisdə Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir Parisdə Avropa Olimpiya Komitəsinin növbəti seminarı keçirilir

Fransanın paytaxtı Paris şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü seminarı start götürüb.

Tədbirdə Azərbaycan nümayəndə heyətini Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev və Xarici Əlaqələr departamentinin müdiri Anar Bağırov təmsil edirlər.

Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda AOK-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər strateji məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində “Krakov-2023” Avropa Oyunları, “Maribor-2023” Avropa Gənclərinin Olimpiya Festivalı,  “Paris-2024” Yay Olimpiya Oyunları və “Milano-2026” Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı Təşkilat Komitələri tərəfindən təqdim olunaraq müzakirələr aparılıb.

Əlavə olaraq, seminar çərçivəsində “İdmanda davamlılıq”, “Gender bərabərliyi”, “MOK-ların miqrant böhranını idarə edilməsi”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar” mövzularında müzakirələr aparılıb.

Həmçinin, AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə VIII “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media