logo
Tərtər, Bərdə və Ağdam rayonlarında "sosial siyasət  və bu sahə üzrə qanunlar" mövzusunda  təlim keçirilib

Tərtər, Bərdə və Ağdam rayonlarında "sosial siyasət və bu sahə üzrə qanunlar" mövzusunda təlim keçirilib

Tərtər, Bərdə və Ağdam rayonlarında "sosial siyasət və bu sahə üzrə qanunlar" mövzusunda təlim keçirilib Tərtər, Bərdə və Ağdam rayonlarında "sosial siyasət və bu sahə üzrə qanunlar" mövzusunda təlim keçirilib

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət  və bu sahə üzrə qanunlar”  mövzusunda  növbəti təlimlər keçirilib.

Layihə təlimçisi Aris Məmmədovun verdiyi məlumata görə, 27 aptel tarixindən start verilən təlimlər bugünədək Bakı, Sumqayıt şəhərlərində, Tərtər, Bərdə və Ağdam rayonlarında keçirilib.

Təlim zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə  dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib.

Eyni zamanda, tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.

A.Məmmədovun sözlərinə görə, bu mövzuda görüşlərin, ümumilikdə respublikamızın 9 şəhər və rayonunda keçirilməsi planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media