logo
Həftənin son "Açıq mikrofon" aksiyası Füzuli rayonunda baş tutdu

Həftənin son "Açıq mikrofon" aksiyası Füzuli rayonunda baş tutdu

Həftənin son "Açıq mikrofon" aksiyası Füzuli rayonunda baş tutdu Həftənin son "Açıq mikrofon" aksiyası Füzuli rayonunda baş tutdu

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi “Açıq mikrofon” aksiyasının növbəti ünvanı Füzuli rayonu olub.

Vətəndaşlar qaz təsərrüfatı ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq üçün mikrofon önünə keçiblər. Ünvanlanan müraciətlər əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının əvəzlənməsi, fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.

“Səyyar qəbul otağı”nın imkanlarından yararlanan vətəndaşların ünvanladığı sualları Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media