https://innews.media/uploads/news/2023-04/_innews_5c6d1b14d3e18d0d6678a1a34_o.jpg
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir.
Belə ki, 15 Aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.