logo
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilir

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilir

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilir Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 19-cu iclası keçirilir

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilir.

innews.media xəbər verir ki, iclasda iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilir, energetika, ticarət-iqtisadi, nəqliyyat və loqistika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılır.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarindir.

İclasın yekununda Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması gözlənilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media