https://innews.media/uploads/news/2023-04/_innews_c4b90d256c120866590a6f0cd_o.jpg
Aprelin 7-si Bakıda Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçiriləcək.
Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcək.
2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı, Şuşa şəhərində keçiriləcək iclasın bağlanış mərasimində sözügedən İclasın yekun bəyanatı qəbul ediləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin