logo
"SOCAR RUS" MMC-nin Müşahidə Şurasının iclası keçirilib

"SOCAR RUS" MMC-nin Müşahidə Şurasının iclası keçirilib

"SOCAR RUS" MMC-nin Müşahidə Şurasının iclası keçirilib "SOCAR RUS" MMC-nin Müşahidə Şurasının iclası keçirilib

4 aprel 2023-cü il tarixində SOCAR-ın Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib. İclasda “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının üzvləri və şirkətin rəhbər heyəti iştirak edib.

Görüş çərçivəsində “SOCAR RUS” MMC-nin cari ilin birinci rübündəki fəaliyyəti və görülən işlərin yekunlarına dair hesabatı müzakirə edilib. Görüşdə, həmçinin “SOCAR RUS” MMC-nin 2023-2025-ci illər üzrə biznesin inkişafı strategiyası iştirakçılara təqdim edilib, şirkətin idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi və bu kimi digər məsələlər müzakirə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media