logo
"ASAN xidmət" təcrübəsi BMT-nin sessiyasında diqqət mərkəzində

"ASAN xidmət" təcrübəsi BMT-nin sessiyasında diqqət mərkəzində

"ASAN xidmət" təcrübəsi BMT-nin sessiyasında diqqət mərkəzində "ASAN xidmət" təcrübəsi BMT-nin sessiyasında diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir. Məqsəd Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 22-ci sessiyasında iştirakdır.

Builki tədbirdə Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri, idarəetmə sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri və BMT-yə üzv ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri olmaqla, ümumilikdə 400-dən çox qonaq iştirak edir.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sözügedən sessiyada “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT-nin effektiv idarəçilik prinsiplərinin tətbiqi” mövzusunda çıxış edib. O, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan fəaliyyətdən və Davamlı İnkişaf Məqsədlərinə uyğun olan təcrübədən bəhs edib. Həmçinin “ASAN xidmət”in uğurlu təcrübəsinin bir çox dövlətlərdə tətbiqi ilə əlaqədar davam edən fəaliyyətlər haqqında ətraflı məlumat auditoriyanın diqqətinə çatdırılıb.

Səfər çərçivəsində Ülvi Mehdiyev BMT Baş katibinin köməkçisi Navi Hanif ilə görüşüb. Görüş çərçivəsində “ASAN xidmət”in fəaliyyətinə dair təqdimat edilib, qurumun yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi, dövlət xidmətlərinin vətəndaşlara çatdırılması sahəsində ciddi nailiyyətlərin əldə olunduğu vurğulanıb. BMT Baş katibinin köməkçisi öz növbəsində “ASAN xidmət”in unikal konsepsiya olduğunu, bu təcrübənin təşkilata üzv dövlətlərdə tətbiqinin davam etdirilməsinin zəruriliyini vurğulayıb, həmçinin bu istiqamətdə təmsil etdiyi qurumun Dövlət Agentliyinə dəstəyini bir daha diqqətə çatdırıb.

Ülvi Mehdiyev, həmçinin BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə departamentinin bölmə rəhbəri Juvanq Zu ilə görüşüb. Bu çərçivədə BMT-nin müvafiq qurumu ilə Dövlət Agentliyi arasındakı əməkdaşlıqdan, 2019-cu ildə Bakıda baş tutan BMT Dövlət Xidmətləri Forumunun uğurla reallaşmasından söz açılıb. Eyni zamanda “ASAN xidmət indeksi” təcrübəsinin BMT-yə üzv ölkələrdə təbliğinə və tətbiqinə dair tərəflər arasında ilkin razılıq əldə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media