logo
AZTV-dəki "Sevginin ünvanı" başlayır... - VİDEO

AZTV-dəki "Sevginin ünvanı" başlayır... - VİDEO

AZTV-dəki "Sevginin ünvanı" başlayır... - VİDEO AZTV-dəki "Sevginin ünvanı" başlayır... - VİDEO

Azərbaycan Televiziyası serialların çəkilişinə start verib. Aprel ayından başlayaraq “Sevginin ünvanı” adlı ilk serial yayımlanacaq.

10 bölümdən ibarət bu serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.

Serialın baş qəhrəmanı Bəsti təkcə adını deyil, bütün həyatını dəyişdirir, qarşısına qoyduğu ən böyük məqsədə - ali təhsil almaq arzusuna çatır. “Həyat acılı-şirinli günlərdən ibarət bir gündəlikdir” -  bu həqiqəti qəhrəmanların hər biri dərk edərək. məhz sevginin həyatın mənbəyi olduğunu anlayır. Həyat sevgi ilə başlayır, məhz o maneləri dəf etməyə kömək edir, yaşamağa güc verir. Amma elə yanlışlıqlar, elə səhvlər  var ki, onlar insanın həyatını büsbütün məhv edə bilər… Və baş qəhrəmanların biri məhz belə səhvin qurbanı olur…

Rollarda Günəş Tegin, Türkay Cəfərli, Zemfira Əbdülsəmədova, Natəvan Qeybani, Hacıbaba Məmmədov, Tunar Əlizadə, Firuzə Balayeva, Günay Əhməd, Simuzər Ağakişiyeva, Vüqar İskəndərli, Aydan Ağalarova, Raqif Məmmədov və başqaları iştirak edir. Serial real hadisələrə, gerçək talelərə əsaslanır.

Filmin quruluşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşın Rzayev, prodüseri Nicat Həsənlidir.

Layihənin rəhbəri Həmid Əsədzadədir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media