https://innews.media/uploads/news/2023-03/_innews_d945dcd4a1481176efd4c80d1_o.jpg
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Ağdaş rayonunda görüşü təşkil olunacaq. Aksiya Ağdaş şəhəri, Habil Əliyev adına musiqi məktəbində baş tutacaq. “Səyyar qəbul otağı” mart ayının 29-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin