logo
Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışdı!

Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışdı!

Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışdı! Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışdı!

Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı.

innews.media xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov “Düzünə qalsa…” verilişində deyib.

Onun sözlərinə görə, Heydər Əliyev sarayında konsert verirdik, bütün biletlər satılırdı, hətta pilləkənlərdə adamlar da otururdu. Əvəzində 75 dollar-60 manat pul alırdıq. 20 min, 30 min pul qalırdı, Fərda ilə mən 60 manat alırdıq. Gerisini siz düşünün ki, o biri yoldaşlarımız nə qədər alırdı. Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı. Nə möcüzə idisə, hər dəfə də pul oğurlanırdı. Pul necə oğurlanırdı? Cüzdanda. Amma pul kisədə olurdu. Maraqlı gəlirdi ki, axı 30 min cüzdana necə sığırdı? Desəydilər ki, kisə oğurlanıb, hə. Amma cüzdan niyə?  Bu kimi nüaslar var idi. Biz 5 gün konsert verib pulsuz qayıdırdıq, Bakıda hansı yarım saatlıq tədbirdə o pulu çıxarırdıq. Hamımız evlənmişdik, ailəmiz, kirayə haqqımız var idi. Yoxsa biz pul dalınca deyildik. Ailəm, 1 yaşlı uşağımla necə kirayədə qalım? Mən onlardan maşın, ev almaq pulu istəmirdim ki, işlədiyim maaşımı istəyirdim. Sonda da 3-4 ayın maaşı batdı, ondan sonra da hamı dağılıb getdi. Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim onda ilk dəfə məcbur olub toya getdim. Mən həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100.000 dən yüksək qonoara razı idilər. İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim!

Ard-arda ilin ən yaxşı aktyoru seçilmişəm. O vaxt film bazarında Azərbaycanda ən bahalı aktyor idim. Pandemiyadan öncə. Üstəlik Türkiyədə də Azərbaycandan kənar ən bahalı aktyor kimi tanınırdım. Adamların pulu olmayanda məni hansısa filmə şərik edirdilər. Yetər ki, mən baş rola çəkilim!

 

footer
Top