logo
BDU-da ətraf mühitin mühafizəsinə dair yaradıcılıq müsabiqəsi keçirilib

BDU-da ətraf mühitin mühafizəsinə dair yaradıcılıq müsabiqəsi keçirilib

BDU-da ətraf mühitin mühafizəsinə dair yaradıcılıq müsabiqəsi keçirilib BDU-da ətraf mühitin mühafizəsinə dair yaradıcılıq müsabiqəsi keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin könüllülərinin təşkilatçılığı ilə tələbələr arasında ətraf mühitin mühafizəsinə dair “Əl işi” adlı yaradıcılıq müsabiqəsi keçirilib.

Müsabiqəyə ətraf mühitin mühafizəsi istiqamətində çağırışlara həsr olunmuş rəsmlər, maketlər təqdim olunub. Tələbələr əsərlərini hazırlayarkən müxtəlif növ tullantılar və təbii materiallardan istifadə ediblər. “Daş üzərində balıqlar”, “Təbiətin göz yaşı”, “Dünya = insan ürəyi” maketləri, tullantı kağızların təkrar emalı nəticəsində hazırlanan “Qələm qabı”, təbii mühitlə antropogen təsirin dəyişmə nisbətini əks etdirən “Qum saatı” böyük marağa səbəb olub. Tələbələr həmçinin təqdim etdikləri əsərlərin izahlı təqdimatlarını edərək ətraf mühitin mühafizəsi üzrə düşüncələrini çatdırıblar. Daha sonra Münsiflər heyəti tərəfindən təqdimatlar, əsərlərin ideya məzmunu, tərtibat xüsusiyyətləri qiymətləndirilib.

I yerə Sevinc Nəhmədli, II yerə Səma Vəliyeva, III yerə isə Məryəm Dadaşova, Mahizər Xələfova və Nigar Quliyeva seçiliblər.

footer
Top