logo
Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb - Kamran Əliyev

Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb - Kamran Əliyev

Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb - Kamran Əliyev Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb - Kamran Əliyev

“Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hal-hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

Bunu Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək:

“Həm Baş Prokurorluğun, həm də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun əməkdaşlarından ibarət birgə istintaq qrupları yaradılıb. Hesab edirəm ki, bu işlərin də kifayət qədər səmərəsi olacaq”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media