logo
Mingəçevirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib

Mingəçevirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib

Mingəçevirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib Mingəçevirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

Mərkəzin əməkdaş və könüllüləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Mingəçevir Şəhidlər xiyabanını ziyarət edib, soyqırım qurbanlarının xatirəsini hörmət və ehtiramla anıblar.

Daha sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan görüş keçirilib. Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaş və könüllüləri, Mingəçevir Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edib.

Görüş Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Tutu Xanlarova, mərkəzin əməkdaşları və könüllülər görüş iştirakçılarına Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verib, erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar.

Sonda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar hazırlanan videoçarx nümayiş etdirilib.

"Kino klubu"nda Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan sağalmaz yaramız, sönməyəcək atəşimiz Xocalı soyqırımı ilə bağlı real faktlar əsasında çəkilən "Xoca" filmini izləyən gənclər filmlə bağlı təəssüratlarını bölüşüb.

Sonda gənclər "İrəli" İctimai Birliyi tərəfindən çəkilən, Xocalıda törədilən soyqırım aktından ətraflı şəkildə bəhs edən, faciənin canlı şahidi, soyqırım zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda həmin günün dəhşətlərini əks etdirən "Böyüməyən uşaqlar" filmini izləyiblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media