https://innews.media/uploads/news/2023-02/_innews_13633b98af6589d368fec2239_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin magistrləri, IV kursda və qiyabi təhsil alan tələbələri üçün “ARB 24 NewsLab" təlim proqramı başlayır.
3 aylıq təlimlər xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj istiqamətlərini əhatə edəcək.
Təlim proqramını uğurla başa vuranların azı 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.
Müraciət etmək istəyənlər martın 1-dək arb24news@arbtv.az ünvanına CV göndərə bilərlər.
Qeyd edək ki, “ARB 24 NewsLab" təlim proqramı BDU ilə “ARB 24” telekanalı arasında 2022-ci il aprelin 29-da imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.