https://innews.media/uploads/news/2023-02/_innews_8059dbb94855adda7e563c418_o.jpg
17 fevral 2023-cü il tarixində Astanada Beynəlxalq Türk Akademiyasının ev sahibliyi etdiyi və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə təşkil etdiyi “Türk Dünyasında İqtisadi Əməkdaşlıq və İnteqrasiya” mövzusunda seminar keçirilib.
İki gün davam edəcək ekspertlərin görüşündə qardaş ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunacaq.
Tədbirdə iştirakçılar TDT-yə üzv ölkələr arasında iqtisadi tərəfdaşlıq potensialı barədə fikir mübadiləsi aparacaq, Türk Dünyasının iqtisadi siyasətinin öyrənilməsi üçün birgə mərkəzlər şəbəkəsinin yaradılması imkanlarını müzakirə edəcəklər.
Ən son xəbərləri səhifəmizdən də izləyin