https://innews.media/uploads/news/2023-02/_innews_57f1c3649b93be291f0352874_o.jpg
Azərbaycan Kikboksinq Federasiyası idmançılarının 2023-cü ildə iştirak edəcəyi beynəlxalq yarışlardan bəziləri təsdiqlənib.
Federasiyanın mətbuat xidmətinin məlumatına görə, Azərbaycan kikboksçuları bu il 5 mötəbər yarışda iştirak edəcək.
Həmin yarışların siyahısını təqdim edirik:
18-21 may/VIII Türk Açıq WAKO Dünya Kuboku (İstanbul, Türkiyə)
30 iyun – 2 iyul/III Avropa Oyunları (Krakuv şəhəri və Mavopolska bölgəsi, Polşa)
25 avqust – 3 sentyabr/Yeniyetmə və gənclərin Avropa çempionatı (İstanbul, Türkiyə)
23-28 oktyabr/III Ümumdünya Döyüş Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı)
17-26 noyabr/Böyüklərin dünya çempionatı (Lissabon, Portuqaliya)
Ən son xəbərləri səhifəmizdən də izləyin