logo
"Böyük Qayıdışda gənclərin iştirakı' adlı layihə keçirilib

"Böyük Qayıdışda gənclərin iştirakı' adlı layihə keçirilib

"Böyük Qayıdışda gənclərin iştirakı' adlı layihə keçirilib "Böyük Qayıdışda gənclərin iştirakı' adlı layihə keçirilib

Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə qayıdış prosesində gənclərin iştirakı barədə cəmiyyətin məlumatlandırılması, gənclərin Böyük Qayıdışda iştirakının təşviqi, motivasiya və Azərbaycan gənclər gününün qeyd olunması idi.

Zəngilanın Ağalı kənd orta məktəbində keçirilən tədbirdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova da qonaq qismində iştirak edibdir.

O öz çıxışında 2022-ci il “Şuşa İli” çərçivəsində Şuşada həyata keçirilən layihələrdə könüllülərin xüsusi dəstəyindən bəhs edib. Həmçinin artıq “Şuşa könüllüləri” adlı bir komandanın formalaşdığını, onlara Şuşanın tarixi, mədəniyyəti, coğrafiyası və hal-hazırda şəhərdə gedən yenidənqurma və bərpa proseslərindən tam məlumatlı olmaları baxımından xüsusi təlimlər keçirildiyini qeyd edib. Bundan əlavə, 2023-cü il Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olaraq bir çox yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyi və nəticədə bu tədbirlər zamanı da yenidən könüllülərin əvəzsiz xidmətindən yararlanmanın vacibliyi gənclərə çatdırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media