logo
Heydər Əliyev Beynəlxalq Aeroportu "FlyArystan" aviaşirkətinin ilk reysini qəbul edib - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportu "FlyArystan" aviaşirkətinin ilk reysini qəbul edib - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportu "FlyArystan" aviaşirkətinin ilk reysini qəbul edib - VİDEO Heydər Əliyev Beynəlxalq Aeroportu "FlyArystan" aviaşirkətinin ilk reysini qəbul edib - VİDEO

Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü - aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.

Qazaxıstanın ilk aşağıbüdcəli aviaşirkəti olan “FlyArystan” – “Air Astana” aviaşirkətinin struktur bölməsidir.

Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau - Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin