logo
STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir!

STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir!

STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir! STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçirilir!

Bakı Dəniz Vağzalının binasında yerləşən Liman İncəsənət Mərkəzində fəaliyyətə başlayan “Qadınlar STEM”də adlı festivalın açılış mərasimində çıxış edən Bakı Limanın Baş direktoru Taleh Ziyadov ev sahibi qismində bütün qonaqları salamlayıb və Bakı Limanında çalışan xanım əməkdaşların sayının 2030-cu ilə qədər hazırkı 7 % dən, 20 % -ə qədər artırılmasının hədəfləndiyini bildiririb. Qeyd olunub ki, beynəlxalq təşkilatların hesabatına görə hazırda qadınların limanlarda iştirakçılığı 1,2%-dir.

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə keçirilən festivalın panel müzakirələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevev və Elm və Təhsil Naziri Emin Əmrullayev və müxtəlif sahələrdə uğur qazanan xanımlar çıxış ediblər. Eyni zamanda tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif master-klaslar təşkil olunub.

Qeyd edək ki, STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranmışdır. Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoyublar!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin