logo
Özünü riskə atan Röya həyatını sığortalayır

Özünü riskə atan Röya həyatını sığortalayır

Özünü riskə atan Röya həyatını sığortalayır Özünü riskə atan Röya həyatını sığortalayır

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

Estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırması olub.

Röya Bakı Konqres Mərkəzində baş tutacaq olan tədbirlərində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb.

Həftələrdir hazırlıq prosesi davam edən Xalq artisti bunları nəzərə alaraq həyatını sığortalatmaq niyyətinə düşüb.

Qeyd edək ki, 27-28-29 yanvar tarixlərində keçiriləcək solo konsertin rejissoru Ranar Musayevdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media