Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Şəhidlər xiyabanını ziyarət edib.
innews.media xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, bu gün Qazaxıstanın səfiri Serjan Abdıkarimov səfirliyin əməkdaşları və diplomatik korpusun nümayəndələri ilə Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin