logo
MEK-in oxucularına "EBSCO" verilənlər bazasına abunəlik təmin olunub

MEK-in oxucularına "EBSCO" verilənlər bazasına abunəlik təmin olunub

MEK-in oxucularına "EBSCO" verilənlər bazasına abunəlik təmin olunub MEK-in oxucularına "EBSCO" verilənlər bazasına abunəlik təmin olunub

AMEA Mərkəzi Elmi Kitabxanasının oxucuları üçün daha bir yenilik edilib. Beləki, Azərbaycan kitabxanalarında ən çox müraciət edilən, bir çox elmi informasiya resursları və məlumat axtarış mənbəyi ilə zəngin “EBSCO” verilənlər bazasına abunəlik təmin olunub.

MEK-in qeydiyyatdan keçən bütün oxucuları “EBSCO”-nun 4600-dən çox jurnalın tam mətnlərini ehtiva edən multidissiplinar verilənlər bazası - Academic Search Complete və MEDLINE - tibb sahəsi üzrə verilənlər bazasından yararlana biləcəklər.

Məlumat axtarış bazasına 16 yanvardan 31 mart 2023-cü ilədək giriş imkanları mövcuddur.

Xatırladaq ki, abunəlik haqqında razılıq ötən ilin noyabrında MEK əməkdaşlarının “ANKOSLink 2022” beynəlxalq konfransda iştirakı zamanı “EBSCO” şirkətinin rəsmiləri ilə aparılan danışıqlar nəticəsində əldə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media